Mobil tətbiqdən istifadə qaydaları

İndi yüklə!
...

Mobil tətbiqdən istifadə etmək üçün ilk növbədə məqsədinizin nədən ibarət olduğunu müəyyən etməlisiniz. Əgər siz iş axtaran peşə sahibi və ya xidmət təklif edən biznes subyektisinizsə, o zaman mobil tətbiqdə ‘iş axtaran’ kimi qeydiyyatdan keçməlisiniz.

Yox, əgər, işini gördürmək və ya hansısa bir məhsul və ya xidməti əlverişli şərtlərlə əldə etmək istəyirsinizsə, onda siz qeydiyyat zamanı ‘elan verən’ bəndini seçirsiniz. 

‘İş axtaran’ kimi qeydiyyatda düşürsünüzsə, o zaman ardınca sizin qarşınızda  profilinizdə müvafiq bölmələri dolduraraq müfəssəl bir hesab yaratmaq vəzifəsi durur. Nəzərə almalısınız ki, profil məlumatlarınız sizin gələcəkdə işlər əldə etmək və rəqabətə tab gətirməyinizdə müəyyən rol oynaya bilər. Beləliklə, siz təfsilatı ilə detallı şəkildə vacib məlumatları doldurmaqla yanaşı, eyni zamanda yalan, şişirdilmiş və məqsədli şəkildə təhrif edilmiş informasiyalar daxil etməkdən də çəkinməlisiniz, çünki bu cür neqativ hallar sizin hesabın bloklanması və digər hüquqi nəticələrə səbəb ola bilər. 

‘İş axtaran’ profilləri üçün hesabın 4 növü - Sadə, Prioritet, Premium və Biznes təklif olunur. İlk 3 hesab fiziki şəxslər, Biznes hesablar isə komersiya subyektləri (mağazalar, hotellər, klinika və s.) üçün nəzərdə tutulub. Hesab növləri yuxarıdakı sıralarına müvafiq şəkildə getdikcə daha çox  funksiya və imkanları ilə fərqlənir. Daha sadə dillə desək, Prioritet Sadə’dən, Premiun isə həm Sadə, həm də Prioritetdən üstün imkanlara malikdir. Biznes hesablar isə kommersiya şərtlərinə uyğun hazırlanıb və mobil tətbiq inkişaf etdikcə daha geniş biznes alətləri ilə zənginləşdirilərək kommersiya subyektlərinin maraq və istəklərini tam əks etdirəcəkdir.

’İş axtaran’ profilləri üçün həmçinin 3 peşə və ya sahə üzrə seçim imkanı təklif olunur. Məsələn, siz eyni zamanda  həm dayə, həm müəllim, həm də sürücü sahələrini seçərək hər üç bölmə üzrə iş təklifləri qəbul edə bilərsiniz.

Qeyd etdiyimiz hissələri tamamladıqdan sonra sizin hesabınız iş təkliflərini qəbul etməyə hazır olacaqdır.

Mobil tətbiqin digər istifadəçiləri yuxarıda qeyd etdiyimiz ‘Elan verən’ kimi qeydiyyata düşmüş şəxslərdir. Bu cür qeydiyyat sizin iş axtaran deyil, hansısa işini əlverişli şərtlərlə gördürmək istəyən şəxs olduğunuz anlamına gəlir. ‘Elan verən’lər də ilkin qeydiyyatdan sonra profil məlumatlarını tamamlamalı və daha sonra istifadəyə başlamalıdır. ‘Elan verən’ hesablar ‘İş axtaran’lara nisbətən daha sadə profil məlumatları tələb edir. Məlumatları doldurduqdan sonra mobil tətbiqin ana səhifəsində ‘Elanlar’, ‘Yeni Elanlar’ və ‘Seçdikləriniz’ bölmələrinə nəzər yetirin. 

Sizə əsas lazım olan ‘Yeni Elan’ bölməsində siz elan vermək və qısa müddətdə cavab almaq üçün effektiv alətlərlə rastlaşacaqsınız. Buradakı ‘Elan pəncərəsi’ndə tələb olunan məlumatları yazmaqla və müvafiq qeydlərinizi də qoymaqla siz istədiyiniz sorğu üzrə seçdiyiniz zaman müddətində qarşı tərəflərdən cavab almaq prosesini başladırsınız. Məsələn, ‘100 kv m mənzili əsaslı təmir etmək üçün sərfəli qiymətlərlə  bacarıqlı usta lazımdır’ tipli şərti bir elan üzərində proses izah edək. Siz bu elanı verərkən zəruri şərtlərinizi və mobil tətbiqin tələb etdiyi qeydləri daxil edib ‘Elanı göndər’ düyməsini basırsınız. Sizin elanınız mobil tətbiqdə qeydiyyatdan keçmiş ustalara dərhal bildiriş kimi göndərilir və onlardan hansılar sizin işinizi görməyə maraq göstərirsə, onlar sizin elan sifarişi qəbul edir. Bu zaman sizə həmin qəbul edən şəxslərin hesabları və iş məlumatları (təcrübəsi, stajı, iş keyfiyyətinə dair qeydlər və s.) təqdim olunur və siz məlumatlarla tanış olaraq sizi qane edən bir hesabı seçirsiniz. Bunu etdiyiniz zaman həm sizə, həm də qarşı tərəfə əlaqə saxlamaq üçün vasitələr ‘əksər hallarda mobil nömrələriniz’ görünəcəkdir. Beləliklə, siz qarşı tərəflə əlaqə saxlayıb işinizi gördürə bilərsiniz. İşinizi gördükdən sonda mobil tətbiqdə işin keyfiyyəti ilə bağlı qiymətləndirmə etməyi və rəy bildirməyi unutmayın. Bu cür qiymətləndirmə işinizi görən qarşı tərəfin iş keyfiyyəti və hesabının reytinqi üçün əsas rolunu oynayır və nəticə etibarilə tərəflərin məsuliyyəti və işlərinə cavabdehliklərinə diqqətli olmağa hesablanmışdır.

Ana səhifədəki ‘Elanlar’ bölməsi sizin verdiyiniz elanların ümumi siyahısını özündə cəmləşdirir və bütün elanlarınız burada toplanır. ‘Seçdikləriniz’ adlı bölmə isə məhz elan verdikdən sonda gələn təkliflər arasından seçim edib işinizi həvalə etdiklərinizin siyahısından ibarətdir. 

Asan İş-ə qoşul və qazanmağa başla!

Tətbiqimiz bütün cihazlarda dəstəklənir! İndi sına!

... ...

Bizi !