‘Biznes Hesab’ da ‘İş axtaranlar’ üçün nəzərdə tutulsa da, bu hesab növünün əsas məramı biznes subyektlərini sifarişlərə açmaqdır.
Yəni, bu hesab növü kommersiya subyektləri üçün yeni işlər və sifarişlər əldə etməyə kömək edəcəkdir. Məsələn, hotel, restoran, mağaza və s. bu hesab növünü açmaqla yeni müştərilər və sifarişlər götürməklə xeyli əlavə gəlir əldə edə biləcəklər.
Məhz bu məqsədlə ‘Biznes Hesab’ların funksiya və imkanları fərdi hesablardan əsaslı şəkildə fərqlənəcəkdir. Hazırda bu istiqamətdə işlər davam edir və bütün yeniliklər sizlərə saytımız, mobil tətbiq və sosial media üzərindən bildiriləcəkdir.
’Biznes Hesab’larda təqdim olunacaq çeşidli biznes alətləri və vasitələri sizə mal, məhsul və xidmətlərinizi qarşı tərəfə daha effektiv təqdim edərək gələn sifarişləri qazanmağa şərait yaradacaq.
‘Biznes Hesab’a abunə olmaq üçün mobil tətbiqdə ‘profil’inizə daxil olub, orada təklif edilən hesab növləri arasından seçim edə bilərsiniz.